Türkiyədən deportasiya olunan jurnalist Bakıda saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Türkiyədən deportasiya olunan jurnalist Bakıda saxlanıldı

Bu gün Türkiyədən müəmmalı şəkildə deportasiya olunan jurnalist Rauf Mirqədirovu gətirən təyyarə bir qədər əvvəl (saat 16.50) Heydər Əliyev adına beynəlxalq hava limanına enib.

Bu gün Türkiyədən müəmmalı şəkildə deportasiya olunan jurnalist Rauf Mirqədirovu gətirən təyyarə bir qədər əvvəl (saat 16.50) Heydər Əliyev adına beynəlxalq hava limanına enib.

Müvafiq posedurdan sonra bütün sərnişinlər hava limanını tərk ediblər. Ancaq Rauf Mirqədirov görünməyib.

Onu gözləyən 15-ə qədər jurnalist Mirqədirovun harada saxlandılğını, yaxud hara aparıldığını öyrənməyə çalışıblar.

"Yeni Müsavat"ın reportyorunun verdiyi məlumata görə, Rauf Mirqədirovun hava limanında saxlandığı, dindirilməyə aparıldığı təsdiqlənib. Ancaq bu, hələ onun həbs olunması demək deyil. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm