Kürdəmirdə sürücüyə 12 bıçaq vurdular - DƏHŞƏT
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə sürücüyə 12 bıçaq vurdular - DƏHŞƏT

Kürdəmirdə sərnişin sürücüyə amansızcasına 12 bıçaq zərbəsi vurub.

Kürdəmirdə sərnişin sürücüyə amansızcasına 12 bıçaq zərbəsi vurub.

Məlumata görə, Kürdəmir rayonunda Ağcabədi sakinləri arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

Hadisə Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsində, minik maşınında olub. Ağcabədi rayon sakini 26 yaşlı Məmmədov Xəyal şəxsi avtomobili ilə Bakıdan Ağcabədiyə apardığı sərnişini 19 yaşlı Əliyev Qulu ilə arasında şəxsi münasibətlər zəminində dava baş verib. Qulu Əliyev üzərində gəzdirdiyi bıçaqla sürücü Xəyal Məmmədova bədəninin müxtəlif nahiyələrindən 12 bıçaq xəsarəti yetirib. Ölümcül vəziyyətdə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Xəyal Məmmədovun vəziyyəti hazırda ağır olaraq qalır.

Qulu Əliyev tutularaq Kürdəmir rayon Polis Şöbəsinə gətirilib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm