Qırmızı.az
İmran Cəfərzadə yenidən Almaniyaya gedəcək
İmran hazırda Uşaq Bərpa Mərkəzinə gedir. Sol ayağında əyrilik var ki, həkimlər onu da müalicə edirlər. Almaniyada həkimlər idman yazmışdılar. Həmin mərkəzdə idman, masaj da edirlər.
Bu barədə Publika.Az-a İmran Cəfərzadənin anası Nuridə Cəfərova məlumat verib.
O, İmranın bir gündən bir Bərpa mərkəzində bir neçə prosedurdan ibarət müalicəni qəbul etdiyini bildirib:
“Əvvəl hər gün gedirdik, amma çox yorulurdu, protezin altı yara olmuşdu. Ona görə də, bir gündən bir getməyə başladıq. Bir müddət protezi taxmadıq, yenidən taxanda isə ağlamağa başlayır. İndi də Səhərlər taxanda bəzən narahatlıq yaşayır, ağlayır. Hələ ki, axsayaraq gəzir, protezdən daha çox sol ayağındakı əyrilik narahat edir. Həmin ayağına karset taxırıq, düzəlməsə, yenidən əməliyyat ediləcək”.
Anasının sözlərinə görə, İmran yenidən Almaniyaya qayıdacaq:
“Almaniyada həkimlər bizə bildirdilər ki, 6-9 aydan sonra yenidən protezin dəyişməsi üçün ora qayıtmalıyıq. Uşaq böyüdükcə daimi olaraq protez dəyişiləcək. Uşaq yaşlarında inkişaf tez getdiyinə görə, 6-9 aydan bir, böyüdükdən sonra isə 1-2 ildən bir protez dəyişməlidir. İmranın psixoloji durumu pis deyil, lakin 14 dəfə narkoz qəbul etdiyinə görə, bir az əsəbilik qalıb”.
Nuridə xanım yenidən Almaniyaya getmək tarixinin tam bəlli olmadığını dedi:
“Bu daha çox uşağın inkişafından asılıdır. Protez ayağına balaca olanda mütləq getməliyik”.
Xatırladaq ki, İ.Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb. İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Gülxar
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO