AVP Qusarda tədbir keçirib
Bizi izləyin

Qırmızı.az

AVP Qusarda tədbir keçirib

Ana Vətən Partiyası Mətbuat Xidmətinin məlumatı

Ana Vətən Partiyası Qusar rayon təşkilatının növbəti konfransı keçirilmişdir. Konfransda AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu və sədrin beynəlxalq məsələlər üzrə müavini Zülfiyyə Mustafayeva iştirak etmişlər.

Konfransda təşkilatı məsələlərə baxıldı və Muradxanov Ziyadxan Azadxan oğlu Qusar rayon təşkilatının sədri seçildi.

Çıxış edən Rəşadət Yaqublu konfrans iştirakçılarını təbrik edərək yeni seçilmiş təşkilat sədrinə uğurlar arzuladı. R.Yaqublu qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı partiyanın qarşısında duran vəzifələrdən, dünyada baş verən siyasi proseslərdən konfrans iştirakçılarına məlumat verdi və bələdiyyə seçkilərində aktiv şəkildə iştirak etməyə çağırdı.

Zülfiyyə Mustafayeva çıxışında qadınların ictimai-siyasi proseslərə cəlbindən, qadın amilinin cəmiyyət və dövlət üçün əhəmiyyətindən danışdı.

Sonda partiyaya yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri təqdim edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm