Sabiq nazirin işindən şikayət verilib
Bizi izləyin

Qırmızı.az

Sabiq nazirin işindən şikayət verilib

Sabiq nazirin işindən şikayət verilib

Üç il müddətinə azadlıqdan məhrum edilmiş sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin işindən apellyasiya şikayəti verilib.

Vəkil Əfqan Məmmədov “Media forum” saytına deyib ki, şikayətdə Abşeron Rayon Məhkəməsinin Nicat Quliyev barəsində hökmün ləğv edilməsini, ona bəraət verilməsini və azadlığa buraxılmasını istəyiblər: “Bundan başqa Nicat Quliyevin Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit olunan və qorunan insan azadlığı, təqsirsizlik prezumpasiyası, qeyri-insani rəftara məruz qalmamaq, müdafiə, şəxsi, ailə həyatına hörmət, ədalətli, qərəzsiz və müstəqil məhkəmə araşdırması hüquqlarının pozulması hallarına yol verən şəxslər barəsində xüsusi qərar qəbul edilməsini istəmişik”.

Vəkil bildirib ki, Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılan sabiq nazirlə görüşüb: “Saxlanma şəraiti normalıdır. Ona olan münasibətdən və saxlanma şəraitindən şikayəti yoxdur. Amma vəziyyəti yaxşı deyil, ciddi stress keçirir. Nicat Quliyev hesab edir ki, ona və ailəsinə qarşı düşünülmüş repressiya həyata keçirilir. Onun fikrincə, kimlərsə özünü kiminsə yanında yaxşı göstərmək, oturduğu kreslosunu qorumaq və vəzifəsində möhkəmlənmək üçün qəsdən belə bir plan qurublar, onun bağ evinə, maşınına silah qoyublar. Nicat Quliyev özünü və ailəsini bu planın günahsız qurbanı sayır. O hesab edir ki, kimlərinsə kiminsə yanında özünü yaxşı göstərmək üçün bilərəkdən qurduğu bu plan ona və ailəsinə qarşı repressiya olmaqla yanaşı dövlətin imicinə də ciddi zərbə vurur. Sabiq nazir ittihamları gülünc sayır”.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də MTN həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm