“20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri” - elmi seminar
Bizi izləyin

Qırmızı.az

“20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri” - elmi seminar

18 yanvar 2014-cü il tarixində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində “20 Yanvar ” hadisələrinin 24-cü ildönümü ilə əlaqədar olaraq “20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri ” mövzusunda elmi seminar keçirilmişdir. Se

18 yanvar 2014-cü il tarixində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar olaraq “20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri ” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın qonağı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova olmuşdur.

GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarını “20 Yanvar ” və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Daha sonra M.Babaşlı İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və seminarın mahiyyəti ilə bağlı geniş məlumat verərək, Almaz xanımın məruzəsinin hər kəs üçün əhəmiyyətli olacağını bildirdi. Daha sonra M.Babaşlı Almaz xanımın həm də 20 Yanvar hadisəsi zamanı şəhid olan gənc şairimiz Ülvi Bünyadzadənin bibisi olduğunu bir daha seminar iştirakçılarına xatırlatdı.

Almaz Binnətova görüşə dəvət olunduğuna və ona göstərilən diqqətə görə İctimai Birliyin rəhbərliyinə təşəkkür etdi. A.Binnətova “20 Yanvar hadisəsi və onun Azərbaycan ədəbiyyatına təsiri ” mövzusunda belə bir seminarın keçirilməsinin əhəmiyyətindən geniş söhbət açaraq; 20 Yanvar faciəsinin qan izləri, qurumayan göz yaşları həmişə ədəbiyyatımızda öz aktuallığını qorumuş və qoruyacaqdır. Çünki bu günahsız, əliyalın insanlara qarşı törədilmiş bir faciədir. Hər kəsə məlumdur ki, bu faciə baş verdikdən sonra şairlərimiz, yazıçılarımız qələmə sarılaraq xalqımızın fəryadını dünyaya car çəkdilər. Məsələn; xalq şairi Qabilin “Mərsiyə”si, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri, Bəxtiyar Vahabzadənin dörd aya yazdığı “Şəhidlər” poeması, Nəriman Həsənzadənin “Şəhidlər xiyabanı” adlı şeiri daha sonra, xalq şairi Zəlimxan Yaqub, Nəbi Xəzri, Cabir Novruz, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Musa Yaqub, Musa Ələkbərli kimi ədiblərimizin qələmi heç susmadan 20 Yanvar faciəsindən yazdılar. Yazdılar ki, gələcək nəsillərimiz heç bir vaxt bu faciəni unutmasınlar”.

Ülvi Bünyadzadənin əsərlərinə ön söz və şərhlər yazaraq nəşr etdirən Almaz xanım Ülvi Bünyadzadə və 20 Yanvar şəhidləri ilə bağlı yazılmış olan kitab və məqalələrlə bağlı ətraflı məlumat verdi.

Səmimi şəraitdə baş tutan görüşdə İctimai Birliyin üzvlərinin suallarını cavablandıran Almaz Binnətova onlara mövzu ilə bağlı dəyərli tövsiyələrini verdi. Görüşün sonunda GEAD İctimai Birliyinin sədri dosent M. Babaşlı səmimi keçən görüş üçün elmlər doktoru Almaz Binnətovaya təşəkkür etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm