
Bərdədə yanğınla nəticələnən partlayış baş verib, 5 nəfər xəsarət alıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına
istinadən xəbər verir ki, Bərdə rayonu, Kətəlparaq kəndində
vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan birmərtəbəli 3 otaqlı
evin 1 otağında yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində otaqda olan ev əşyaları 7 kv.m sahədə yanıb.
Yanğın zamanı 5 nəfər xəsarət alıb. Yanğın bölmələri hadisə yerinə
çatana kimi yanğın qonşular tərəfindən söndürlüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.