
Prezident yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının(ATGTİ) “Tarix” işçi qrupunun maliyyə dəstəyi ilə” Tarixin Sədaları” layihəsi reallaşdırılıb.
Publika.Az-ın məlumatına görə, “Tarixin Sədaları” layihəsi gənc rejisorlar tərəfindən çəkilmiş və Azərbaycan tarixinin müəyyən dövrünü əks etdirən tarixi-bəddi və ya tarixi-sənədli filmlərin müsabiqəsi idi.
Ümumilikdə layihədə iştirak üçün 40- yaxın gənc rejisor qoşulub. Onlardan 3 ən yaxşı film seçilərək mükafatlandırılıb. “Tarixin Sədaları” layihəsində birinci yeri Fuad Quliyev, ikici vəüçüncü yerləri isə İsmayıl Zeynalov və Röyya Qaradaqlı tutub.
Qeyd edək ki, gənc rejisorların filmləri disk şəklində hazırlanıb.