Yol polisini gizli çəkən şəxs cəzalandırılacaq - Video
Bizi izləyin

Qırmızı.az

Yol polisini gizli çəkən şəxs cəzalandırılacaq - Video

Yol polisini gizli çəkən şəxs cəzalandırılacaq - Video

Bakıda yol polisi ilə zarafatlaşmaq sürücüyə baha başa gəlib. Həmin söhbətin videosunu yaymağı isə onun cəzasını daha da ağırlaşdırıb.

Bir neçə gün öncə sürücünün yol polisi ilə mübahisə etdiyini göstərən video yayılmışdı. Həmin videoda yol polisi sürücüdən sənəd tələb etdiyi bir halda, sürücü ilk olaraq polisin özünü təqdim etməyini emosional şəkildə tələb edirdi.

Məlumata görə, həmin görüntülər ölkə mətbuatında yayıldıqdan bir neçə gün sonra sürücü Kamil Əsgərov Suraxanı rayon 32 polis bölməsinə çağırılıb. Ona qarşı İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham irəli sürülüb. İndi yol polisi ilə mübahisə edən sürücünü ən yaxşı halda pul cəriməsi, ən pis halda isə 5 günlük həbs cəzası gözləyir.

İnzibati Xətalar Məcəlləsinn 296-cı maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri nəzərdə tutur.

Bu qayda pozuntularını törədən şəxs əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Suraxanı Rayon Məhkəməsinin sürücü Kamil Əsgərov barəsində nə qərar çıxaracağı bu gün saat 13:30-da məlum olacaq. /Milli.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm