Qırmızı.az
Bakıda qlobal problemlər müzakirə ediləcək
Hazırda dünyanı narahat edən problemlər və onların həll yolları aprelin 30-da Bakıda beynəlxalq təşkilatların rəhbərlərinin toplantısında müzakirə ediləcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Dünya Elm və İncəsənət Akademiyasının təşkilatçılığı ilə “İnsan potensialnın inkişafı sahəsində yeni paradiqma” adı altında konsorsium tərəfdaşları üçün keçiriləcək hazırlıq toplantısında Madrid Klubu, Roma Klubu, İsgəndəriyyə Kitabxanası, Beynəlxalq Yaşıl Xaç Cəmiyyəti, Ümumdünya Gələcək Fondu, Mədəni Diplomatiya Akademiyası kimi təşkilatların rəhbərləri iştirak edəcək.
Hazırlıq toplantısının məqsədi, bəşəriyyətin qarşılaşdığı əsas problemlərin həlli üçün yeni paradiqmanın hazırlanması, bərabər inkişaf, iqtisadiyyat, ekologiya, dövlətçilik, beynəlxalq hüquq, sülh, təhlükəsizlik kimi anlayışları əhatə edən əməkdaşlıqda maraqlı olan həmfikir təşkilatları bir araya toplamaqdır.
Toplantıda, bu istiqamətdə aparılacaq tədqiqatlar üçün yanaşma və məqsədlər, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 2014-cü ilin noyabrında Bakıda keçiriləcək böyük beynəlxalq konfransın gündəliyi, atılacaq addımlar müəyyənləşdiriləcək, digər potensial tərəfdaşların tanınması kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən II Qlobal Müştərək Cəmiyyətlər Forumu çərçivəsində baş tutacaq.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom