FHN Gəncədəki hadisəsi ilə bağlı məlumat yayıb
Bizi izləyin

Qırmızı.az

FHN Gəncədəki hadisəsi ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə subasma hadisəsi ilə bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə subasma hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, bu gün Gəncə şəhəri ərazisində hava şəraiti kəskin dəyişib, leysan xarakterli yağış yağıb. Nəticədə bir çox fərdi yaşayış evlərinin və inzibati obyektlərin həyətlərini və zirzəmilərini su basıb.

Dərhal FHN-in müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin müvafiq qüvvə və texnikası yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm