
Bu gündən etibarən Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması
(hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zolaqlı
keçidlər, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan
nəqliyyat vasitələrinin dayanma yerinin, avtobus dayanacaqlarının
nişanlanması, yol cizgilərinin və yol göstərici xətlərin yenidən
rənglənməsi və s.) işlərinin aparılması ilə əlaqədar paytaxtın 28
May küçəsinin Yusif Səfərov küçəsinin kəsişməsindən Bülbül
propektinə qədər olan hissəsi, həmçinin Bülbül prospektinin 28 may
küçəsi kəsişməsindən Zərifə Əliyeva küçəsinə qədər olan hissəsində
bu gün axşam 22:00-dan etibarən avtomobillərin hərəkəti
məhdudlaşdırılacaq. Bu məhdudlaşma iş başa çatana qədər davam
edəcək.
Qeyd edək ki, tərtib olunmuş qrafikə əsasən, analoji işlərin
paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması
nəzərdə tutulub.