Siyavuş Novruzov Elton Məmmədovun oğlunun hərəkətlərindən danışdı – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Siyavuş Novruzov Elton Məmmədovun oğlunun hərəkətlərindən danışdı – ÖZƏL

Siyavuş Novruzov Elton Məmmədovun oğlunun hərəkətlərini pislədi – ÖZƏL

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov məmur uşaqlarının paytaxtda sürət yarışına çıxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

YAP-çı deputat Publika.az-a açıqlamasında deyib ki, kimliyindən asılı olmayaraq, xüsusilə də məmur övladları ilk növbədə qanunun tələblərinə riayət etməlidir: “Çünki vətəndaşların hamısı qanun qarşısında bərabərdir. Burada məmur övladları ikiqat məsuliyyət daşıyır. Ona görə də məmur övladları nizam-intizama, davranış və etik qaydalara əməl etməlidir. Düşünürəm ki, belə də olmalıdır”.

S.Novruzov qeyd edib ki, dəbdəbəli həyat tərzinə və bahalı avtomobilə sahib olmaq insan üçün əsas göstərici deyil: “İnsan üçün əsas göstərici onun ağılı, təhsili, vətəninə, dövlətinə olan yaxşı xidməti və sədaqətidir. Cəmiyyətin də hər kəsdən gözlədiyi müsbət göstərici bunlardır. Yoxsa kimsə hər hansı bahalı markalı avtomobil sürməklə və dəbdəbəli həyat tərzi keçirməklə özünü kiməsə göstərə bilirsə, bu onların özləri kimi 1-2 nəfərin diqqətinə cəlb edəcək. Ancaq digərlərinin buna münasibəti isə kəskin pis olacaq.

Hakim partiya olaraq biz bütün fəaliyyətimizdə ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi sadə həyat tərzini və cəmiyyətdə hər zaman sadəliyi təbliğ edirik. Bundan sonra da biz bunu təbliğ edəcəyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm