Qırmızı.az
Azərbaycanda yerin altına səyahət təşkil ediləcək
Kürdəmirdə yer altında olan Şəhərgaha ekspedisiya qrupu göndəriləcək.
Trend EL TV-yə istinadən xəbər verir ki, Kürdəmirin Ərəbqubalı kəndində bir şəhər var. Amma o, yerin üstündə yox, altında yerləşir. Şəhərgah adı verilən bu tarixi məkan Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərinə hələ ötən əsrin 70-ci illərindən məlumdur. Meliorasiya işləri aparılan zaman aşkarlanan Şəhərgahda 2009-2010-cu illərdə professor Qafar Cəbiyevin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tədqiqatlar aparıblar.
Tarixi abidənin Şirvanşahlar dövlətinin paytaxtı olduğu güman edilir. Ərəbqubalı kənd sakini Ərəstun Babayev deyib ki, ərazidə qazıntı işləri davam edərsə, bütün sirrlər açılacaq. Araşdırmalar dayandırıldıqdan sonra yerin təkindən çıxan əşyalar kənd klubuna aparılır. Daha yaxşı vəziyyətdə olanlar isə Kürdəmir Tarix Diyarşünaslıq Muzeyində saxlanılır. Sakinlərin sözlərinə görə, tədqiqatlar davam etməzsə, 50 hektara yaxın ərazidə yerləşən tarixi abidənin itib-batmaq təhlükəsi böyükdür.
Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif
Alıyev bildirib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya
İnstitutunun planına əsasən, aparılan tədqiqatların
dayandırılmasının səbəbləri var: "Orada iki faktor var. Onlardan
biri torpağın mülkiyyətçilərdə olmasıdır. Həmin torpaq sahəsini
əkib-becərirlər. Biz onlarla mütəmadi maarifləndirmə işi aparırıq.
Xahiş edirik ki, torpağın çox dərin qatlarına nüfuz
etməsinlər".
Vaqif Əliyev deyir ki, artıq payçılarla 3 hektara yaxın ərazinin
boşaldılması barədə razılıq əldə edilib. Qazıntı işlərinin
dayandırılmasına digər bir səbəb kimi Ərəbqubalıya aparan yolun
bərbad vəziyyətdə olması göstərilir. Ancaq Vaqif Əliyev ümid edir
ki, yaxın zamanda yol məsələsi öz həllini tapacaq və ekspedisiya
qrupu ərazidə qazıntı işini davam etdirəcək. Şöbə müdirinin
sözlərinə görə, gələcəkdə turist marşrutları məhz Ərəbqubalıdan
keçəcək.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək