Bakı Metrosunda reklam lövhələri yenidən bərpa ediləcək.
Bu barədə movqe.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar
Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat
xidmətindən bildiriblər ki, hazırda metrodakı reklamların
yığışdırılması prosesi davam edir: "Hətta metrostansiyalarda
proyektor vasitəsilə edilən reklamlar da ləğv edilir. Metroda
yenidənqurma və restavrasiya işləri başa çatdıqdan sonra metroda
reklam yerləşdirmək mümkün olacaq. Amma reklamlar daha müasir və
metronun görünüşünə xələl gətirməyəcək formada vurulacaq".
Mətbuat xidmətindən onu da bildiriblər ki, qatarlarda reklam
lövhələrinin olub-olmayacağı barədə indidən bir söz demək mümkün
deyil: "Hazırda metroda təmizlik, restavrasiya işləri aparılır. Bu
işlər yekunlaşdıqdan sonra metroda yeni reklamların yerləşdirilməsi
mümkün olacaq".