
Azərbaycanın bir çox nazirlərinin sosial şəbəkələrdə
səhifəsi və profilləri mövcuddur. Bu nazirlərin siyahısında milli
təhlükəsizlik naziri Eldar Mahmudovun da adına rast gəlmək
mümkündür. 2500-dən çox izləyicinin bəyəndiyi səhifədə əsasən Milli
Təhlükəsizlik Nazirliyinə aid xəbərlər paylaşılır.
Sözügedən səhifənin nazir Eldar Mahmudova aid olub-olmadığı dəqiq
bilinmir.
AzVision.az məsələ ilə bağlı nazirliyin mətbuat xidməti ilə əlaqə
saxlayıb.
AzVision.az-ın sorğusuna cavab olaraq, MTN-in İctimai Əlaqələr
Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, nazirliyə məxsus
Facebook-da rəsmi səhifə fəaliyyət göstərir:
“Milli Təhlükəsizlik Nazirliyinə məxsus Facebook-da rəsmi səhifə
var. Eldar Mahmudovun adına olan səhifəni isə araşdıracağıq”,-deyə
nazirlik rəsmisi qeyd edib.