Nazirlik Çernobl əlillərinə yardım etdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik Çernobl əlillərinə yardım etdi

Nazirlik Çernobl əlillərinə yardım etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edərkən əlil olmuş şəxslərin hər birinə 50 manat maddi yardım göstərilib.

Publika.az-ın məlumatına görə, maddi yardımların həmin şəxslərin bank hesablarına köçürülməsi təmin edilib.

Çernobl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır və indiyədək 190 əlil müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillə təmin edilib. Eyni zamanda, müharibə əlilləri ilə bərabər 64 nəfər Çernobl əlilinə dövlət hesabına minik avtomobili verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm