QHT Şurasının növbəti iclası keçirilib
Bizi izləyin

Qırmızı.az

QHT Şurasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri Azay Quliyev qurumun 2014-cü ilin I rübdəki fəaliyyətinə dair hesabatı, Resurs və Təlim, Təhlil və İnkişaf şöbələrinin təşkil edilməsi, Redaksiya-nəşriyyat komissiyasının yaradılması məsələsi haqqında fikirlərini açıqlayıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun 2014-cü ilin I rübü ərzindəki fəaliyyətinə dair hesabatın Şura üzvlərinə təqdim edildiyini bildirərək sənədin ayrı-ayrı fəsilləri haqqında ətraflı məlumat verib. F.Qurbanov Şuranın tərkibində yaradılması təklif edilən Təhlil və İnkişaf şöbəsinin Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olan bütün sahələr üzrə araşdırmalar apararaq Şura qarşısında təkliflərlə çıxış etməsinin nəzərdə tutulduğunu bildirib.

Çıxış edən Şura üzvləri bu şöbənin bütövlükdə vətəndaş cəmiyyəti üçün beyin mərkəzi rolu oynaması və fəaliyyət dairəsini genişləndirməsinin faydalı ola biləcəyini qeyd ediblər. Eyni zamanda, bu şöbənin dövlətə və vətəndaş cəmiyyətinə hərtərəfli dəstək ola biləcək proqnozlaşdırma modeli kimi uğurlu ola biləcəyini deyiblər.

Şura üzvləri bu məsələ ilə bağlı müzakirələrin qarşıdakı toplantılarda davam etdirilməsini qərara alıblar.

F.Qurbanov Şuranın "QHT nəşriyyatı"nın fəaliyyətini gücləndirmək, çap məhsullarının məzmun keyfiyyətini və poliqrafik icrasının vəziyyətini yüksəltmək üçün Redaksiya-nəşriyyat komissiyasının yaradılması təklifi haqqında da məlumat verib. Komissiyanın tərkibinin Şuranın "Vətəndaş cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı, mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov, Şuranın hüquqşünası Fərid Rüstəmov və mətbəənin direktoru Rafiq Hüseynovdan ibarət olması təklif edilib. Müzakirələrdə Şuranın maliyyələşdirdiyi layihələr çərçivəsində işıq üzü görən çap məhsullarının nəşriyyat standartlarına uyğunlaşdırlması üçün belə bir komissiyanın yaradılmasının vacibliyi vurğulanıb.

Şura üzvləri Əliməmməd Nuriyevin "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyevanın Şuranın 10 fevral 2014-cü il qərarı ilə yaradılan "Hüquq və monitorinq" komissiyasının üzvlüyünə qəbul edilməsi təklifini dəstəkləyiblər.

Şuranın iclasında "Azad Qələmlər" Cəmiyyətinin layihəsinin maliyyələşdirilməsinə dair qəbul edilən qərar müzakirə edilərək ləğv olunub.

İclasda, həmçinin QHT-lərin bank hesablarından istifadəsi ilə bağlı ortaya çıxan problemlərin aradan qaldırılması üçün Mərkəzi Banka müraciət olunması qərara alınıb.

Şura üzvləri gündəlikdə olan məsələləri geniş müzakirə edərək ayrı-ayrılıqda səsə qoyaraq qəbul ediblər.

İclasın sonunda Şura üzvü İlqar Məmmədov ölkə Prezidentinin 20 noyabr 2013-cü il sərəncamına uyğun olaraq "Fərdi elektron pəncərə" məlumat sisteminin yaradılması üzrə Ədliyyə Nazirliyinin həyata keçirdiyi fəaliyyət haqqında iclas iştirakçılarına məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm