
Bu gecə Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
Hadisə Şahid Səmədov döngəsində yerləşən köhnə “N” saylı hərbi hissəyə məxsus 1 mərtəbəli tikilidə qeydə alınıb. Yanğın haqqında Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə ərazidə yaşayan sakinlər məlumat verib. Dərhal hadisə yerinə dövlət yanğından mühafizə xidmətinin Xətai rayonu üzrə canlı qüvvəsi və texnikaları gəlib.
Yanğın güclü olduğundan əraziyə köməkçi qüvvə cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi təqribən 200kv.m olan 1 otaqlı anbarın
içərisində olan yanar konusturusiyaları ilə birlikdə tamamilə
yaranaraq külə dönüb. Alov qisa zaman ərzində yanğın söndürənlər
tərəfindən söndürülərək ətrafdakı tikililərə keçməsinin qarşısı
alınıb.
İlkin ehtimallara görə yanğın anbarın ətrafından keçən elektirik
naqilində yaranan qısaqapanmadan baş verib.
Hazırda hadisənin baş vermə səbəblərini müəyyən etmək istiamətində
araşdırmalar davam etdirilir. /ans/