Qırmızı.az
Lənkəranskinin intiqamını alacaq “qanuni oğru” azadlığa çıxır
Oktyabrın 18-də cəza müddəti tamamlanan Merab
Canqveladze qətlə yetirilən Rövşən Canıyevin ən yaxın adamlarından
biri olub; Rusiya kriminalında “nömrə 1” olmağa iddialı “Suxumski”
kimdir?
Yezidi kürd Zaxari Kalaşovun (“Şakro Molodoy”) həbsindən və
azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”)
qətlindən sonra Rusiya kriminalında “nömrə-1"in kimin olacağı ilə
bağlı müzakirələr gedir. Reketdə və dələduzluqda suçlanan ”Şakro
Molodoy"-Aslan Usoyan (“Ded Xasan”) “taxt-tacında” möhkəmlənməmiş
həbs edilib və onu uzun müddətli türmə həyatı gözləyir.
“Lənkəranski”nin ən yaxın adamı, qətlindən sonra İstanbulda həbs
edilən Hacı Talıbxanlı da (“Hacı Beyləqanski”) indilikdə klana
rəhbərlik etmək durumda deyil. İstanbul polisi onun bir neçə qətldə
əli olduğundan şübhələnir. Xəbər verdiyimiz kimi, bu səbəbdən
“Lənkəranski” klanının Türkiyəyə cavabdeh şəxsi kimi “Kurşa” ləqəbi
ilə tanınan 44 yaşlı Qoça Çinçaridze tanınıb. “Qanuni oğru” adını
19 yaşında alan Qoça son illər Türkiyədə məskunlaşmışdı. Qeyd edək
ki, Lənkəranskinin beynəlmiləl (ermənilərdən başqa) hesab edilən
klanında əsas söz sahibləri gürcülər olub. Bu səbəbdən
“Lənkəranski”nin xələfi kimi gürcü “qanuni oğru”ların tanına bilmək
ehtimalı əvvəldən də böyük idi.
Bu ərəfədə isə Rövşən Lənkəranskinin ən yaxın adamlarından olan
Merab Canqveladze (“Merab Suxumski”) azadlığa buraxılmalıdır. Bir
neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs
edilən Canqveladze Lənkəranski ilə ən yaxın müttəfiq və “Ded Xasan”
klanının ən qatı düşmənlərindəndir. Onun həbsi Lənkəranskinin
faktiki təklənməsi kimi qiymətləndirilirdi.
Oktyabrın 18-də cəza müddəti tamamlanan “Suxumski”nin qayıdışı
“Lənkəranski” klanına əlavə güc qata bilər. Belə iddialar da var
ki, “Suxumski”nin ilk işlərindən biri məhz “Lənkəranski”nin
intiqamını almaq ola bilər. Nəzərə alsaq ki, “Lənkəranski”nin
intiqamı hələ alınmayıb, bu səbəbdən də “Suxumski”nin azadlığa
çıxması ilə kriminal aləmdə yeni müharibə də alovlana bilər.
Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən
“Suxumski”nin Rusiyaya qayıtmasını istəmirlər. Rusiya KİV-lərinin
xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli
Rubçovanın sədrliyi ilə keçirilən prosesdə “Suxumski”in Rusiya
vətəndaşlığının ləğvinə baxılıb.
Qərara görə, “Suxumski” özü haqqında doğru məlumat verməməsi
səbəbində vətəndaşlığına son verilib. Gələn həftə bu məsələ ilə
bağlı apelyasiya şikayətinə baxılacaq və son qərar veriləcək. Əgər
qərar qüvvədə saxlanılsa, Rusiyaya qayıdan kimi deportasiya
olunacaq. Məlumatda bildirilir ki, “Suxumski” Rusiya
vətəndaşlığından çıxarılarsa, o, Qazaxıstan hüquq-mühafizə
orqanlarına təhvil verilməlidir.
Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir sıra
cinayətlərdə suçlayır. Xatırladaq ki, “Şakro” da iki il əvvəl
İspaniya həbsxanasından buraxılanda Rusiyanın onu Gürcüstana təhvil
verəcəyi deyilirdi. Amma Rusiya “Şakro”nun vətəndaşlığını ləğv
etmədi və bəzi razılaşmalar əsasında bu ölkədə yaşamasına izn
verdi. (O isə belə görünür ki, razılaşmaları pozduğu üçün həbs
edilib və hələ uzun illər azadlıq üzü görməyəcək). Rusiya KİV-ləri
yazır ki, “Suxumski” “nömrə 1" olmağa ən real namizəddir.
Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski” haqda
məlumatlar çox azdır. “Suxumski” haqqında məlumatın niyə çox az
olduğunu onunla bağlı “YouTube”də olan qısa videodan anlamaq
mümkündür. “Merab Suxumskidən master-klass” başlıqlı həmin süjetdə
istintaqçının ona hətta ad və soyadı ilə bağlı verdiyi suallar
cavabsız qalır. “Master-klass” “oğru dünyası”nda “görməmişəm,
eşitməmişəm, bilmirəm” sözlərini ehtiva edir.
“Yeni Müsavat”ın xəbərinə görə, Merab Canqveladze 1962-ci ilin
noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc
yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik
qardaşı da var. 1975-ci ildə anadan olan Levan da “Suxumski” ləqəbi
ilə tanınır və “Lənkəranski” ilə yaxşı münasibətləri olub.
Rusiya mafiyasının “xaç atası” Vyaçeslav İvankovla (“Yaponçik”)
uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də
avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. “Yaponçik”
tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında
“Lənkəranski” ilə yanaşı Merab da var. “Ded Xasan”ın qətlindən
sonra da “Suxumski” və “Lənkəranski”nin adları sifarişçilər
siyahısında birgə hallanıb.
“Yaponçik”in öldürülməsindən sonra “Suxumski”nin “Ded Xasan”la da
münasibətləri daha da pisləşir. Bu dəfə əzəli rəqiblər
Soçidə-2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət
uğrunda mübarizədə toqquşublar.
2010-cu ildə Usoyan Moskvada 50 nəfər “qanuni oğru” nun iştirakı
ilə Merab Suxumskinin “şəxsi işinə” baxılması üçün “sxodka”
çağırıb. Deyilənə görə, “Ded” sanki məhkəmədəki kimi Merabla bağlı
ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan
getdiyi açıqlanmasa da, nəticə “Ded Xasan”ın istədiyi kim olur.
Merab “oğru” adından məhrum edilib.
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO