Qırmızı.az
“Ramil Səfərovun arxasında onun güclü dövləti dayanır”
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, polkovnik Eldar Sabiroğlu Serj Sarkisyan Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun qətlə yetirilməsi üçün Ermənistan Milli Təhlükəsizik Xidmətinin direktoru Qorik Akopyana xüsusi tapşırıq verməsi məsələsinə münasibət bildirib.
E.Sabiroğlu Publika.az-a açıqlamasında deyib ki, bununla Serj Sarkisyan özünün terrorçu dövlət rəhbəri olduğunu bir daha nümayiş etdirir: “Əslində, ondan başqa cür davranış və hərəkət gözləmək olmaz. Sarkisyan həqiqətən də terrorist düşüncəyə malik adamdır. Belə bir caninin Ermənistanda dövlət rəhbəri olması erməni xalqı üçün də faciədir. Terrorçuya humanist çağırış və fikir yaddır. Sarkisyan üçün xas olan məqamlar öldürmək, qan axıtmaq, müharibə aparmaqdır. Serj Sarkisyan Xocalı soyqırımın törədilməsində birbaşa iştirak edib. O, neçə-neçə günahsız insanın, körpə uşaqların öldürülməsinə bilavasitə tapşırıq verib. Hətta, Sarkisyan vaxtilə öz müsahibəsində də Xocalı soyqırımını törətməsini açıq şəkildə etiraf edib. Bu cür caninin dövlət rəhbəri olması insanlıq üçün ləkədir”.
E.Sabiroğlu qeyd edib ki, Ramil Səfərovun arxasında onun güclü dövləti dayanır: “Ramil Səfərov Sarkisyan kimi terrorçunun hər hansı hədəsinə çevrilə bilməz. Serj Sarkisyan unutmamalıdır ki, Azərbaycan əvvəlki dövlət deyil. İndi bütün istiqamətlə üzrə inkişaf edən Azərbaycanda bu cür terrorçu əməllərin qarşısının alınması üçün də kifayət qədər imkanlar var”.
Xatırladaq ki, ötən gün İrəvanda qondarma soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mitinqdə çıxışı zamanı erməni yazar Aykazn Qaqriyan deyib ki, Serj Sarkisyan Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun qətlə yetirilməsi üçün Ermənistan Milli Təhlükəsizik Xidmətinin direktoru Qorik Akopyana xüsusi tapşırıq verib.
Vasif Həsənli
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ