32 eks-prezident və baş naziri Bakıya toplaşır - SİYAHI
Bizi izləyin

Qırmızı.az

32 eks-prezident və baş naziri Bakıya toplaşır - SİYAHI

32 ölkənin eks-prezidenti və baş naziri Bakıya toplaşır

32 ölkənin eks-prezidenti və baş naziri Bakıya toplaşır

Publika.az-ın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 28-29-da Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək.

Məlumatda deyilir ki, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı nəzərdə tutulub. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçıları da var. Tədbirdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vike Vayra-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, Qırğızıstan, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı nəzərdə tutulub. Forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılacaq. Davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında da geniş müzakirələrin aparılması planlaşdırılır. Açıq Cəmiyyətlərin mürəkkəb situasiyalarda münaqişələrin həllinə dair müzakirələrdə isə məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə fikir mübadiləsi aparacaqlar.

Forumda ölkə prezidenti İlham Əliyevin də iştirakı və çıxışı gözlənilir.

Xatırladaq ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı ötən il 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.

Tədbirdə iştirak edəcək şəxslərin siyahısı aşağıdakı kimidir:

Vaira Vike-Freiberga, Latviya Respublikasının sabiq prezidenti (1999-2007)
İsmail Serageldin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri
NGBM-nin həmsədri Tarja Halonen, Finlandiyanın sabiq prezidenti (2000-2012)
Emil Constantinescu, Rumıniyanın sabiq prezidenti (1996-2000)
Petar Stoyanov, Bolqarıstanın sabiq prezidenti (1997-2002)
Giuli Alasania, Gürcüstan Dövlət Universitetinin Qəyyumlar Şurasının sədri
Roza Otunbayeva, Qırğızıstan Respublikasının sabiq prezidenti (2010-2011)
Petru Luchinschi, Moldovanın sabiq prezidenti (1997-2001)
Stjepan Mesic, Xorvatiyanın sabiq prezidenti (2000-2010)
Walter Fust, YUNESKO Beynəlxalq Telekommunikasiya İttifaqının Komissarı
Farida Allaghi, Liviya Vətəndaş Forumunun prezidenti
Boris Tadic, Serbiyanın sabiq prezidenti (2004-2012)
Stjepan Mesic, Xorvatiyanın sabiq prezidenti (2000-2010)
Valdis Zatlers, Latviyanın sabiq prezidenti (2007-2011)
Arnold Ruutel, Estoniyanın sabiq prezidenti (2001-2006)
Amine Gemayil, Livanın sabiq prezidenti (1982-1988)
Bamir Topi, Albaniyanın sabiq prezidenti (2002-2007)
Jose Maria Figueres, Kosta-Rikanın sabiq prezidenti (1994-1998)
Rosalia Arteago Serrano, Ekvadorun sabiq prezidenti (1997)
Jorge Sampaio, Portuqaliyanın sabiq prezidenti (1996-2006)
Ehud Barak, İsrailin sabiq Baş naziri (1999-2001)
Oscar Ribas Reig, Andorranın sabiq Baş naziri (1982-84; 1990-94)
Taher Masri, İordaniyanın sabiq Baş naziri (1991)
Abdelraouf al Rawabdeh, İordaniyanın sabiq Baş naziri (1999-2000)
Abdurrahim El-Keib, Liviyanın sabiq Baş naziri (2011-2012)
Hikmet Çetin, Türkiyənin sabiq Xarici İşlər Naziri
Luka Bebic, Xorvatiya Parlamentinin sabiq prezidenti (2007-2011)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm