Heydər Əliyev adına liseydən yeyinti barədə açıqlama
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyev adına liseydən yeyinti barədə açıqlama

Heydər Əliyev adına liseydən yeyinti barədə açıqlama

“Belə bir məsələ yoxdur, bunlar əsassız informasiyadır.Hər hansı bir qəzet oxucu toplamaq üçün mənbəyi olmayan bir yerdən məlumat tapıb çap edir, digərləri də ondan istifadə edərək yayırlar”.

Bu sözləri publika.az-a açıqlamasında Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov audit yoxlaması nəticəsində təhsil müəssisəndə 110 min manat vəsaitin mənimsənilməsinə münasibət bildirərkən deyib.

F.Xəlilov bildirib ki, Hesablama Palatası özlərinin iş qrafikinə uyğun olaraq iş aparıb. Hər hansı yeyinti faktı aşkar edilməyib. Qeyd edək ki, müsavat.com-un əldə etdiyi məlumata görə, Hesablama Palatası bir sıra nazirliklərdə, tədris müəssisələrində, dövlət qurumlarında yeyinti aşkarlayıb. Onların sırasında Heydər Əliyev adına liseyin də adı var.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm