Qırmızı.az
Səməd Seyidov: “ADU ən son tərcümə avadanlıqlarına sahibdir”
“Azərbaycan Dillər Universiteti dilçilik və beynəlxalq münasibətlər üzrə mütəxəssis yetişdirməkdə ölkənin aparıcı ali təhsil müəssisələrindən biri, yeni təhsil siyasətinin tələblərinə və beynəlxalq standartlara cavab verən bakalavr və magistr dərəcələrini təklif edən təhsil müəssisəsidir”.
Publika.az-ın məlumatına görə, bu fikirləri ADU-nun rektoru Səməd Seyidov “VİSİON of Azerbaijan” jurnalında müsahibəsində deyib.
Beynəlxalq oxucu kütləsi üçün nəzərdə tutulan “VİSİON of Azerbaijan” jurnalında Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov universitetin tarixi və fəaliyyətini əks etdirən sualları cavablandırıb. Jurnalda, eyni zamanda universitetin nəzdində fəaliyyət göstərən Çin dili və mədəniyyəti mərkəzi haqqında da məlumat verilib.
Rektor Azərbaycanda Avropa və müasir Şərq dillərini tədris edən ilk universitet olmaqla təhsildə islahatlara başlanğıc yönündə lider olan Azərbaycan Dillər Universiteti və onun Azərbaycandakı rolu haqqında ətraflı məlumat verib.
ADU-nun rektoru, professor Səməd Seyidov Azərbaycan Dillər Universitetinin şanlı tarixi olduğunu bildirib. O, üç dili öyrətməklə fəaliyyətə başlayan universitetin hazırda 20-dən çox dilin tədrisi ilə məşğul olduğunu, hər dilin öz ölkəsindəki bütün həyat aspektləri haqqında materiallarla təmin olunmuş müasir dil mərkəzlərin fəaliyyət göstərdiyini söyləyib. S.Seyidov Azərbaycan Dillər Universitetinin Böyük Britaniyanın Esseks, Qlazqo və Suffolk universitetləri ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb. Rektor Avropa İttifaqından qrant qazanan, ən son sinxron tərcümə avadanlıqlarına sahib ilk universitetin Azərbaycan Dillər Universiteti olduğunu xatırladıb.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək