Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi

Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qəbələ rayonunda vətəndaşların qəbulunu keçirib.

"Axar.az" xəbər verir ki, qəbulda Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin şikayət və təkliflərini dinlənilib.

Şimal-qərb zonasında baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində, digər məsələlərlə bağlı qəbul isə Fövqəladə Hallar Nazirliyinin Simal-Qərb Regional Mərkəzinin inzibati binasında aparılıb.

Nazir K. Heydərov qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib. Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm