Viktor Yuşenko Bakıda Rusiyanı "topa tutdu"
Bizi izləyin

Qırmızı.az

Viktor Yuşenko Bakıda Rusiyanı "topa tutdu"

Viktor Yuşenko Bakıda Rusiyanı "topa tutdu"

Bakıda səfərdə olan Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ölkəsinin Rusiya ilə yaşadığı böhranı şərh edib.

Publika.az-ın məlumatına görə, eks prezident jurnalistlərə açıqlamasında deyib ki, əgər bu amil işləmirsə, o zaman beynəlxalq təcrübənin nədən ibarət olduğunu demək çətindir: “Buxarest memorondumunun da tələb etdiyi kimi Avropa və ABŞ – ın birgə mövqeyini görmək istəyirik. Bu, açar məsələdir”.

V. Yuşenko qeyd edib ki, xüsusi siyasətçilərə qarşı diplomatik məhdudiyyətlər tətbiq etmək və müəyyən şəxslərin maliyyə hesablarına həbs qoymaq lazım idi: “Amma bütün bunlar psixoloji addımlardır. Konkret olaraq Rusiya prezidenti Putinə və Moskvaya təsir edə biləcək vacib addımlardan danışırıqsa bu, onlara qarşı iqtisadi və valyuta məhdudiyyətləri tətbiq eləmək lazımdır. Bu gün V.Putin iki amildən, öz xalqının reaksiyası və dünyanın reakiyasından ehtiyyatlanır. Dünyanın da reaksiyası vahid və aydın olmalıdır. Bu gün belə bir aydınlıq yoxdur. Ona görə də belə bir fonda münaqişənin başqa bir həlli üsulunundan danışmaq çətindir. Təsəvvür edin, dünyanın belə bir böyük problemində dünyanın zəmanəti işləmirsə, o zaman nəyə ümid bağlaya bilərik, nə işləyə bilər? O zaman İran, Şimali Koreya, Suriya və sair problemləri necə həll olunacaq? İmzalanmış sənəd heç bir məna kəsb eləmirsə o zaman hansı beynəlxalq zəmanətdən söhbət gedə bilər?. Problemin həlli yolu var. Amma bu, dediyim kimi, daha çox beynəlxalq konteksdən asılıdır. Ancaq Ukrayna üçün daxili faktorlar da var. Hansı ki, onlar bu problemin həlli mobilizasiya edilməlidir. Bu gün Ukrayna niyə hələ də təcavüzkar, ölkə ərazisinin bir hissini kolonlaşdırmış Rusiya kimi aqressiv dövlət ilə diplomatik əlaqələri davam elətdirir, bunu da izah eləmək çətindir. Bu həm çoxsaylı ukraynalılar üçün, həm də dünya üçün anlaşılmazdır. Mən başa düşə bilmirəm ki, niyə bizim Rusiya ilə sərhədimiz açıqdır. Hansı ki bu sərhədlərdən Rusiyaya məxsus separatçılar, terroristlər, əməliyyatçılar keçir. Mən başa düşə bilmirəm niyə viza rejimi yoxdur. Hansı ki, bu Ukrayna tərəfdən təcili Rusiyaya tətbiq edilməlidir. Niyə Ukrayna hərbi kömək üçün dünyaya mürcəy eləmir, bu da qaranlıqdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm