Bakıda 5 yaşlı uşaq 17 yaşlı qızı sevdiyi üçün özünü öldürmək istədi
Bizi izləyin

Qırmızı.az

Bakıda 5 yaşlı uşaq 17 yaşlı qızı sevdiyi üçün özünü öldürmək istədi

Bakının Səbail rayonu ərazisində qəribə intihara cəhd hadisəsi baş verib.



5 yaşlı F.Ə. özünü öldürmək üçün çoxlu dərman qəbul edib. Maraqlı orasındadır ki, uşaq qonşuluqda yaşayan 17 yaşlı qızdan xoşu gəlib. Uşaq öz sevgisini qıza elan edib.


Qız isə özündən 12 yaş kiçik uşağın sevgisini qəbul etməyib. Bu səbəbdən də uşaq özünü öldürmək istəyib. Bu barədə uşağın dayısı Elmurad Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib.



F.Ə. dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda uşağın vəziyyəti normaldır. Uşaq bu gün evə buraxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm