Leyla Yunus və əri hava limanında həbs edildi
Bizi izləyin

Qırmızı.az

Leyla Yunus və əri hava limanında həbs edildi

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23-30 radələrində Bakı hava limanında Qətərin Doha şəhərinə gedərkən saxlanılıb.

Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23-30 radələrində Bakı hava limanında Qətərin Doha şəhərinə gedərkən saxlanılıb.

Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.

Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Daha sonra Leyla Yunus və əri təyyarəyə minərkən yenidən saxlanılıblar. /Turan/

Xatırladaq ki, tanınmış jurnalist Rauf Mirqədirovun həbsindən sonra Ermənistanla əlaqələrdə Leyla və Arif Yunusların da adı keçidi və L.Yunus mediaya açıqlamasında özünün həbs ediləcəyinə dair şübhələrini ifadə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm