Qırmızı.az
Əməkdar artist Mehriban Əliyevaya müraciət etdi - FOTO
Əməkdar artist Aybəniz Haşımova Facebook səhifəsində mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli haqqında açılan cinayət işi ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib.
Publika.az xəbər verir ki, sənətçi müraciətində bildirib:
"Bilmirəm, bu ədavət hardan gəlir, amma fakt ortadadır. İnsan 7
aydır günahsız yerə yenə də həbsxanada saxlanılır. Heç bir dəlil
olmadan insanı günahlandırmaq yalnız böyük qərəzin göstəricisidir.
Kimlər maraqlıdır bu işdə, onu bilmirəm. Amma bircə onu bilirəm ki,
heç kəsin balasına tor qurmaq olmaz. Allah qarşısında böyük
günahdır. Bu gəncin 36 yaşı var. 36 yaşında günahsız gəncin həbsi
bir insanı ölümə məhkum etmək deməkdir. Mən hər zaman dövlətimizə
inanıb, ona söykənib, ona inanmışam. Yenə də ona inanıram. Mən
inanıram ki, dahi şairin ruhunu, məsələdən hali olanlar haqsız
qoymayacaqlar. Üzümü tuturam güvəncim olan dövlətimizə və onun
rəhbərliyinə. Xahiş edirəm, öz adımdan və bütün əsl sənət fədailəri
adından. Doğrudan da Kəsəmənlinin balası günahsızdırsa, onun azad
olunmasına kömək etsinlər. Üzümü tuturam ölkəmizin birinci xanımı,
xanım Mehriban Əliyevaya. İnandığımız, güvəndiyimiz, hər zaman
kasıbların, yoxsulların, çarəsizlərin çarəsi olan bacım, sizdən
xahiş edirik, əgər bu oğlanın günahı yoxdursa, onun anasına
balasının azadlığının geri verilməsinə kömək edin. Sabah növbəti
məhkəmə prosesi olacaq. Göydə Allah, yer üzündə sizi deyib
çağırırıq, hər zaman güvəndiyim dövlətimiz. İnanırıq, şairin ruhu
şad olacaq."
Qeyd edək ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur. Dövlət ittihamçısı A. Kəsəmənliyə 10 il 6 ay iş istəyib.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ