Novruz Məmmədov: "Ramil Səfərova heç bir təhlükə yoxdur"
Bizi izləyin

Qırmızı.az

Novruz Məmmədov: "Ramil Səfərova heç bir təhlükə yoxdur"

Novruz Məmmədov: "Ramil Səfərova heç bir təhlükə yoxdur"

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Ermənistan tərəfindən ölümlə hədələnməsi barədə yayılan məlumatlara münasibət bildirib.

PA-nın şöbə müdiri N.Məmmədov Publika.az-ın sualına cavabında deyib: “Mənim əslində belə bir informasiyanın nə dərəcədə həqiqətə uyğun olub-olmadığı haqqında məlumatım olmadığı üçün ona münasibət bildirməyə ehtiyac da görmürəm. Ermənistan tərəfindən müxtəlif mənbələr istədikləri informasiyanı götürüb mətbuat aləminə buraxırlar. Bizim də onların hamısına reaksiya verməyimizə ehtiyac yoxdur. Ramil Səfərov Azərbaycan vətəndaşıdır.Azərbaycan tərəfindən onun təhlükəsizliyi qorunur. Düşünürəm ki, ona heç bir təhlükə yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm