Azərbaycanın bəzi rayonlarına təbii qaz fasilələrlə veriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın bəzi rayonlarına təbii qaz fasilələrlə veriləcək

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qazpaylayıcı stansiyada baypas xəttinin quraşdırılması və daraldıcı qurğuların əvəzlənməsi ilə əlaqədar bu gün saat 17:00-dək Xaçmaz rayonunun bir hissəsinə təbii qaz fasilələrlə veriləcək.

Həmçinin qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar isə saat 12:00-dək Şabran rayonuna, Bərdə, Xətai və Sabunçu rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək isə Ağdam rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm