Sumqayıtda 31 yaşlı qadın intihar etdi
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda 31 yaşlı qadın intihar etdi

Sumqayıt şəhərində 1 nəfər qadın intihar edib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə “112” qaynar telefon xəttinəməlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşüb və vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirib və aidiyyəti üzrə təhvil verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm