Bu günə olan hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli zəif yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli zəif yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Temperaturun gecə 9-13°, günün birinci yarısında 20-24°, günün ikinci yarısında 16-18° isti, Bakıda gecə 10-12°, günün birinci yarısında 19-21°, günün ikinci yarısında 17°-dək isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütununda 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.

Temperatur gecə 9-14°, gündüz 23-28° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 8-13°, gündüz 20-25° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperatur gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 9-14°, gündüz 23-28° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.

Temperaturun gecə 9-13°, gündüz 19-24° isti, dağlarda gecə 5-9°, gündüz 14-19° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm