ƏƏSMN növbəti əmək yarmarkasını İsmayıllıda keçirəcək
Bizi izləyin

Qırmızı.az

ƏƏSMN növbəti əmək yarmarkasını İsmayıllıda keçirəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) növbəti əmək yarmarkasını İsmayıllı rayonunda keçirəcək.

ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə respublikanın bölgələrində aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarını davam etdirir. Növbəti əmək yarmarkası mayın 1-də İsmayıllı rayonunda baş tutacaq.

Əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş (vakant) iş yerinin çıxarılması nəzərdə tutulur. Həmçinin yarmarkada boş iş yerləri təklif edilməklə yanaşı, işaxtaran və işsiz vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyata alınması da təmin ediləcək.

Qeyd edək ki, cari ilin may ayında Yardımlı, Qobustan, Şəki rayonlarında və Naftalan şəhərində, növbəti aylarda digər bölgələrdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm