TQDK xəbərdarlıq etdi
Bizi izləyin

Qırmızı.az

TQDK xəbərdarlıq etdi

Bu gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına iştirak etmək üçün sənəd qəbulunun son günüdür. Ərizə qəbulu saat 23:59-da başa çatır.

Publika.az-ın məlumatın görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb.

Xatırladaq ki, abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün 2014-cü il aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” ni doldurmalı idilər.

Ali məktəblərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu iki mərhələdə aparılır:

- birinci mərhələdə (1 aprel - 30 aprel 2014-cü il) abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurur. Abituriyentlərin bir qismi bu mərhələdə elektron ərizələrini özləri təsdiq edə bilərlər.

- ikinci mərhələdə (7 aprel - 30 aprel 2014-cü il) digər abituriyentlər tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim edir və elektron ərizəsini təsdiqlədir.

Abituriyentin elektron ərizəsi yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm