ƏƏSMN-i 200-dək boş iş yeri təqdim edib.
Bizi izləyin

Qırmızı.az

ƏƏSMN-i 200-dək boş iş yeri təqdim edib.

ƏƏSMN-i 200-dək boş iş yeri təqdim edib.

İsmayıllı rayonunda mütərəqqi iş üsullarına əsaslanan Pilot Məşğulluq Mərkəzi istifadəyə verilib.

Publika.az ƏƏSMN-dən verilən məlumata görə rayonda keçirilən əmək yarmarkasında 200-dək boş iş yeri təqdim olunub.

Mayın 1-də İsmayıllı rayonunda işsiz və işaxtaran vətəndaşların məşğulluğunun müasir dünya təcrübəsindən irəli gələn səmərəli iş üsulları əsasında təmin olunmasına xidmət edən Pilot Məşğulluq Mərkəzinin də açılışı olub.

Mərkəzin açılışında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin sSsial Müdafiəsi naziri Səlim Müslümov ölkə Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında ölkədə məşğulluq imkanlarının artırılmasının və əhalinin layiqli iş yerləri ilə təmin olunmasının mühüm yer tutduğunu vurğulayıb.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, yeni elmtutumlu iş yerlərinin yaradılması və yeni istehsal üsullarının meydana gəlməsi milli əmək bazarının inkişafına təkan verib.

Ölkəmizdə müasir dövlət quruculuğunun geniş vüsət aldığı şəraitdə nazirliyin fəaliyyət sahələrində də mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmalara istinad olunduğunu qeyd edən S.Müslümov eyni zamanda məşğulluq xidmətinin fəaliyyətinin səmərəli iş metodları əsasında qurulmasının əsas vəzifələrdən olduğunu bildirib: “Məşğulluq Mərkəzlərinin xidmətlərindən əhalinin daha səmərəli və çevik formada yararlana bilmələri üçün bu xidmətlərin keyfiyyətinin artırılması, işsiz və işaxtaranların əmək bazarına inteqrasiyası, real məşğulluq imkanlarına yiyələnmələri üçün təsirli vasitələrin formalaşdırılması vacibdir. Bununla bağlı olaraq, həmin mərkəzlərin ümumən iş şəraitində, təchizat sistemlərində də məqsədyönlü dəyişikliklər aparılmalı, yüksək səviyyəli informasiya bazası yaradılmalıdır. Məşğulluq Mərkəzləri işaxtaranlar üçün daha əlçatan xidmətlər göstərməlidir. İsmayıllı rayonunda yaradılan pilot mərkəz bu istiqamətdə ilk addımdır”. Nazir bildirib ki, mərkəz ərazinin əmək bazarını dolğun şəkildə əks etdirən, eləcə də işsiz və işaxtaranlar barədə məlumatlar yerləşən informasiya bazasına malikdir. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub, peşəyönümü məsləhət və psixoloji adaptasiya xidmətlərinin göstərilməsi, işaxtaranlara iş axtarışı texnologiyalarının aşılanması üçün lazımi kabinələr yaradılıb. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün Əmək birjası xidməti də göstəriləcək: “Bu o deməkdir ki, artıq hər hansı müvəqqəti bir iş axtaran insanın bunun üçün gedib hansısa yerdə, küçədə, yol kənarında dayanıb gözləməsinə ehtiyac yoxdur. O şəxs bu mərkəzə gələrək, burada aidiyyatı üzrə bölmədə konkret sifariş əsasında müvəqqəti işlərə göndərilə bilər. Həmçinin mərkəzdə iş axtarışı ilə bağlı öz təcrübə və informasiyasını könüllü şəkildə bölüşən vətəndaşlar üçün “İş klubu” fəaliyyət göstərəcək. Mərkəz müvafiq avadanlıqlarla, aktiv məşğulluq tədbirləri, peşə standartları, iş axtarışı texnologiyası və s. ilə bağlı maariflənidirici vasitələrlə əchiz olunub. Əsas məqsəd odur ki, bu mərkəzə iş üçün müraciət edən hər hansı vətəndaşa köməklik göstərilməsi imkanları daha da artsın. Hazırda bu bir sınaq işidir və nəticələrinə əsasən sonrakı mərhələlərdə uyğun tədbirlər görüləcək”.

Sonra S.Müslümov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, tədbirin digər iştirakçıları mərkəzdə yaradılmış şəraitlə tanış olublar.Daha sonra İsmayıllı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş Əmək Yarmarkası keçirilib. Burada S.Müslümov nəzərə çatdırıb ki, nazirliyin məşğulluq xidməti orqanları cari ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaşı münasib işlərlə təmin edib, 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 268 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Hesabat dövründə Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 879 nəfər müvəqqəti xarakterli işlərlə təmin edilib.

Nazir yarmarkanın təşkilatı vəziyyəti ilə tanış olub, müvafiq tapşırıqlarını verib. Əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş (vakant) iş yeri təqdim olunub. Eyni zamanda, işaxtaran və işsiz vətəndaşlarınmövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyatı aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm