Qırmızı.az
Daxili İşlər Nazirliyi də ağır çəkili avtomobilləri yoxlayacaq
Daxili İşlər Nazirliyinə də yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrini yoxlamaq səlahiyyəti verildi.
Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, hökumətin müvafiq
qərarı ilə "Azərbaycan Respublikasının ümumi istifadədə olan
avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat
vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin
verilməsi Qaydası"nda, "Azərbaycan Respublikasının ümumi istifadədə
olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat
vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri"nin və
"Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları
ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit
və çəki parametrləri"nin təsdiq edilməsi haqqında" qərarda
dəyişiklik edilib.
Dəyişiklik iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarətlə bağlıdır.
Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək.
Buna qədər isə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) yalnız Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilirdi.
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı