Qırmızı.az
"Odnoklassniki"dən başlayan xəyanət qəttlə bitdi - TƏFƏRRÜAT
Bakı şəhər Baş Polis İdarəsi mayın 2-də baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, mayın 2-də H.Zərdabi küçəsində kirayədə yaşayan Kəngərli rayon sakini 36 yaşlı Dilavər Əhmədov arvadı, 25 yaşlı Günay Əhmədovanı əlləri ilə boğaraq öldürüb. Daha sonra o, könüllü olaraq Yasamal rayon Polis İdarəsinə gələrək təslim olub.
Üç uşaq anası olan Günay Əhmədova bir müddət əvvəl “Odnoklassniki”də bir kişi ilə tanış olub. Həmin kişi Günayın keçmiş sevgilisi olub. Sosial şəbəkədə yenidən sevgilisini tapan kişi Günayla münasibət qurub. Bundan bir neçə vaxt sonra Dilavər Əhmədov xəbər tutub. Əvvəllər ər-arvad arasında mübahisə olmayıb. Sonradan da mübahisə bunun üstündə düşüb. Dilavər arvadını xəyanət üstündə boğaraq öldürüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Dilavər Əhmədov bir müddət polis orqanlarında çalışıb.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ