Qırmızı.az
Qaradağ Gül bayramı qeyd olunur
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə Qaradağ rayonunda Gül bayramının keçirilməsi artıq ənənəyə çevrilmişdir.
Keçirilən tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Milli Məclisin üzvü Mixail Zabelin, Şura üzvləri digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdilər.
Rayon ərazisindəki Heydər parkı bəzədilərək gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, tamaşa etməmək mümkün deyildi. Gül bayramında rayonun orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri, uşaq-gənclər yaradıcılıq mərkəzləri özlərinin əl işlərini nümayiş etdirirdilər.
Gül bayramı Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününə həsr olunduğundan əl işlərinin mövzu və kompozisiyasında ulu öndərə olan sonsuz məhəbbət və ehtiram hissi təşkil edirdi. Al-əlvan, müxtəlif bəzək elementlərinin əks olunduğu paltarlar geyinmiş balaca körpələr da bayram şənliyinə əlavə yaraşıq gətirirdi.
Tədbir günün sonunda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramıyla davam edərək atəşfəşanlıqla yekunlaşacaq.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ