Qırmızı.az
Bakıda İsrailin müstəqillik günü qeyd olunub
Bu gün Bakıda İsrailin müstəqilliyinin 66-cı ildönümü
münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz
qonaqları salamlayaraq ölkəsinin müstəqillik əldə etdikdən sonra
keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər barədə danışıb:
"Biz Azərbaycanı öz yaxın tərəfdaşlarımız arasında görməkdən şadıq.
Bizim münasibətlərimiz səmimi dostluq və qarşılıqlı anlaşma
əsasında qurulub".
Səfir qeyd edib ki, Azərbaycan tolerantlıq nümunəsidir:
"Azərbaycanla əməkdaşlığımızı yeni sahələr üzrə genişləndirmək
niyyətindəyik".
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov
tədbirdə çıxış edərək İsrail Dövlətini milli bayramı - Müstəqillik
günü ilə əlaqədar Azərbaycan Prezidenti adından təbrik edib.
Nazir bildirib ki, Azərbaycan və İsrail dostluq nümunəsidir:
"Azərbaycanda tarixən yəhudi icması yaşayıb və yaşayır. Biz
Azərbaycanda dini, milli, mədəni müxtəlifliklə, dözümlülüyümüzlə
fəxr edirik".
O, hər iki ölkə arasında yüksək səviyyəli görüşləri vurğulayıb.
Ə.Abbasov qeyd edib ki, Azərbaycan və İsrail arasında 6 sənəd artıq
imzalanıb, 8 sənəd isə hazırlanma mərhələsindədir.
Nazirin sözlərinə görə, Azərbaycan-İsrail ticarət münasibətlərinin
inkişafında İsrail-Azərbaycan Ticarət Palatası böyük rol oynayır:
"İsrail Dövlətinə Azərbaycanı beynəlxalq qurumlar çərçivəsində,
xüsusən, ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli
mövqeyini dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk".
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı