Baş nazirin müavinindən ana və uşaq ölümünə münasibət
Bizi izləyin

Qırmızı.az

Baş nazirin müavinindən ana və uşaq ölümünə münasibət

Baş nazirin müavinindən ana və uşaq ölümünə münasibət

Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda ana və uşaq ölümü faktlarına münasibət bildirib.

Publika.az-ın xəbərinə görə, Ə. Əhmədov ana və uşaq ölüm ilə bağlı hadisələrdən təəssüfləndiklərini deyib. Bu hadisələrin hər birinin ciddi şəkildə araşdırıldığı və bununla bağlı müvafiq tədbirlərin görüldüyünü deyən Ə. Əhmədov əlavə edib ki, əgər kiminsə günahı ucbatından belə hallar baş verirsə, həmin şəxs cəzasını almalıdır:

“Bu gün prezident İlham Əliyevin tələbi ondan ibarətdir ki, Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın, ana-uşaq ölümü kimi hallar baş verməsin və bu cür hallar aradan qaldırılsın. Ümumiyyətlə, Azərbaycan əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın. Bizim məqsədimiz bundan ibarətdir. Azərbaycanda hər bir vətəndaşın yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququ var.

Səhiyyənin infrastrukturunun yeniləşdiyini deyən Ə.Əhmədov bildirib ki, Azərbaycanda dünya standartlarına uyğun səhiyyə müəssisələri istifadəyə verilib.

"İndiki halda bizim qarşımızda duran əsas məsələ odur ki, səhiyyə xidmətinin keyfiyyəti, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlsin. Hər bir azərbaycanlıya ölkəmizdə yüksək səviyyədə səhiyyə xidməti göstərilsin ki, Azərbaycandan kənara müalicə üçün gedənlər olmasın”.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm