Magistraturaya sənəd qəbulu başa çatdı
Bizi izləyin

Qırmızı.az

Magistraturaya sənəd qəbulu başa çatdı

Magistraturaya sənəd qəbulu başa çatdı

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan bakalavrlar üçün proqram seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, 9780 bakalavr proqram seçimində iştirak edib. Həmin bakalavrlar mayın 22-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi 2014-cü il mayın 25-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm