Mənzildə köməksiz qalan 2 uşaq xilas edildi
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz qalan 2 uşaq xilas edildi

Sumqayıtda 2 azyaşlı uşaq xilas edilib.

Sumqayıtda 2 azyaşlı uşaq xilas edilib.

Publika.az-ın məlumatına görə, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

FHn-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından keçərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm