Türkiyəli iş adamının qatilinə ömürlük cəza istənildi
Bizi izləyin

Qırmızı.az

Türkiyəli iş adamının qatilinə ömürlük cəza istənildi

Türkiyəli iş adamının qatilinə ömürlük cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda Türkiyə vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Rasim Məmmədovun məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Rasim Məmmədovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 15-də davam etdiriləcək. Ittihama görə, Türkiyə vətəndaşı Mehmet Alimin meyiti ötən il iyunun 5-də saat 20.00 radələrində Azərbaycan prospekti ev 23, mənzil 20 ünvanında yerləşən “Göyçay Kerpicsan” MMC-nin ofisində aşkarlanıb. Araşdırmalar zamanı onun həmin şirkətin icraçı direktoru olduğu və bıçaqla qətlə yetirildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilən 1958-ci il təvəllüdlü Rasim Məmmədov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm