Bakıda 37 yaşlı kişi mənzilində ölü tapılıb
Bizi izləyin

Qırmızı.az

Bakıda 37 yaşlı kişi mənzilində ölü tapılıb

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1977-ci il təvəllüdlü Vüqar Sultan oğlu Bayramov mənzildə bağlı qapı arxasında k

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1977-ci il təvəllüdlü Vüqar Sultan oğlu Bayramov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq pəncərədən daxil olublar.

Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində V.Bayramovun vəfat etdiyi müəyyən edilib. Əməliyyat saat 14: 29-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm