Qırmızı.az
Leyla Əliyeva bayram şənliyində iştirak edib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümü və dahi şəxsiyyətin adını daşıyan Fondun yaradılmasının 10
illiyi münasibətilə uşaq evləri və internat məktəblərinin sakinləri
üçün bayram şənliyi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə
iştirak edib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
keçirilən tədbirdə uşaq evi və internat məktəblərinin 200-dən çox
sakininə bayram süfrəsi açılıb.
Leyla Əliyeva uşaqlarla süfrə ətrafında söhbət edib. Şənlikdə
iştirak edən uşaqlar onlar üçün təşkil edilən konsert proqramından
və müxtəlif viktorinalardan zövq alıb, cizgi filmlərinin
personajları ilə yaxından tanış olmaq imkanı qazanıblar. Uşaqlara
hədiyyələr təqdim olunub.
Ümummilli Liderin adını daşıyan Fond müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.
2004-cü ildə fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verir.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO