Gəncəlilər ulu öndərə məhəbbətlərini nümayiş etdirdilər
Bizi izləyin

Qırmızı.az

Gəncəlilər ulu öndərə məhəbbətlərini nümayiş etdirdilər

məhəbbətlərini nümayiş etdirdilər

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü şəhərimizdə də böyük təntənə ilə qeyd edilmişdir.

Mayın 10-da ulu öndərin şəhərin Mərkəzi meydanında ucalan abidəsi önünə minlərlə insan toplaşmışdı. Əllərində qızıl güllər tutmuş şəhər sakinləri sanki bu xoşbəxt günləri onlara bəxş edən dahi bir insana minnətdarlığa gəlmişdilər. Onlar bütün ömrü boyu xalqının xoşbəxtliyi üçün çalışan bu əvəzolunmaz insanın gördüyü işlərdən danışır, Gəncəyə etdiyi tarixi səfərlərin xoş xatirələrini yada salırdılar. Meydanda görkəmli dövlət xadiminin şərəfinə səslənən mahnılar isə insanlarda xoş ovqat yaradırdı.

Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Dövlət Himni səsləndirildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başda olmaqla şəhərin idarə, müəssisə təşkilatların rəhbərləri abidəni ziyarət edərək görkəmli dövlət xadiminə ehtiramlarını bildirmişlər. Sonra meydana toplaşanlar növbə ilə abidə önünə tər güllər qoyaraq xalqın xilaskarı olan ulu öndərə öz məhəbbətlərini ifadə etmişlər. Bayram tədbiri beləcə bütün gün davam etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm