Qırmızı.az
İşsiz gənclərə şad xəbər
Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə bu günlərdə Azərbaycan Texniki Universitetində keçirilən aktiv məşğulluq tədbirində 160 nəfər tələbə və məzuna boş (vakant) iş yerlərinə göndəriş verilib. Həmin iş yerlərindən 22-si dövlət, 138-i qeyri-dövlət sektoruna aiddir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan tədbirdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması üçün 705 nəfər tələbə və məzun barədə şəxsi məlumatlar (CV) işəgötürənlərə təqdim edilib. Tədbir zamanı 45 nəfər şəxs yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaları üçün qeydə alınıb.
Tədbirdə 87-si özəl sektora aid 116 müəssisə tərəfindən ümumilikdə 1245 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib ki, onlardan 735-i özəl müəssisələrə aid olub. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da iştirak edib.Digər ali təhsil ocaqlarında da belə tədbirlərin təşkili planlaşdırılır.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ