32 dərərcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

32 dərərcə isti olacaq

32 dərərcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən publika.az-a daxil olan xəbərə görə, mülayim cənub-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, axşama doğru arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 13-14-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi,14-də hava şəraitinin küləkli keçməsi bəzi meteohəssas insalarda narahatlıq hissi yarada bilər. Bununla yanaşı komfort temperatur rejimi müsbət amildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm