Bakıda partlayış: 4 nəfər yaralandı
Bizi izləyin

Qırmızı.az

Bakıda partlayış: 4 nəfər yaralandı

Bakıda partlayış: 4 nəfər yaralandı

Binəqədi rayonundakı şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 11-də saat 16 radələrində Binəqədi rayonu İ.Dadaşov küçəsində Bakı şəhər sakini Şakir Gözəlova məxsus şirniyyat sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.


Nəticədə bütövlükdə sexin yanar konstruksiyaları və obyektdəki əşyalar yanıb. Orada işləyən İran vətəndaşları Cəccat Ovcani, Murtuza Əlizadə, qardaşı Mustafa və Bakı şəhər sakini Mahrux Hüseynova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm